Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.


 


Sfera.az xəbər verir ki, zəhərlənmə hadisəsi iki gün öncə baş verib.


 


Belə ki, aprelin 1-də çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib.


 


Azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılmışdılar. Qəfil halı pisləşən 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.


 


Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.