İllərdir çox maraq doğuran Ancelina Coli və Bred Pittin qızı Şilo, indi gözəlliyi və yeni layihəsi ilə diqqət mərkəzindədir.
Sfera.az bildirir ki, 19 yaşlı Şilo K-pop sənətçisi Dayoung üçün çəkdirdiyi klipdə rol alaraq sosial mediada manşetlərə çıxıb. Gözəlliyi ilə hər kəsi heyran qoyan Şilo anası ilə müqayisə edilib.
Bir müddət Hollivudda iz buraxan cütlük Ancelina Coli və Bred Pitt arasındakı münasibət illərdir yalnız sevgi həyatları ilə deyil, həm də yaratdıqları böyük ailə üçün müzakirə mövzusudur.
Övladlığa götürdükləri uşaqlarla bağlı tez-tez xəbərlərdə yer alan cütlük, ilk bioloji övladları Şilo Coli-Pittin dünyaya gəlməsi ilə Hollivud qeybət jurnallarında böyük bir ajiotaj yaratdı.
Şilonun ilk şəkilləri üçün “People” Jurnalı ilə xüsusi bir müqavilə bağlandı və balaca Şilo jurnal üçün xüsusi fotosessiyalarla ilk dəfə dünyaya tanıdıldı. Coli və Pittin daha sonra əkizləri Vivyen və Knoks dünyaya gəldi. Şilo qədər maraq mövzusu olsalar da, ilk uşaqlarının yaratdığı təsir tamamilə fərqli idi.
Şilo böyüdükcə təkcə ailəsi ilə deyil, həm də stili və görünüşü ilə diqqət çəkməyə başladı.
Bir vaxtlar kişi geyimləri və qısa saçları ilə tanınan Şilo, son zamanlar, xüsusən də anası Ancelina ilə birlikdə qatıldığı tədbirlərdə çox fərqli bir stil ilə görünməyə başlayıb.
Zərif görünüşü və dəyişən stili ilə gənc ulduz tamamilə fərqli bir insana çevrilib və hər görünüşü ilə diqqət mərkəzində olmağa davam edir. İndi isə Şilo təəccüblü yeni bir addım atıb!.
19 yaşlı ulduz K-pop dünyasının tanınmış adlarından biri olan Dayoungun "What's a Girl to Do" mahnısının klipində çəkilib.
Klipin yayımlanması ilə Şilonun son görünüşü sosial mediada sürətlə gündəm olub. Onun gözəlliyi heyrətamizdir. Bir çox sosial media istifadəçisi onu gənc Ancelina ilə müqayisə edir və "anasının surəti" kimi şərhlər diqqət çəkir.
Görünür, Şilo Coli-Pitt artıq yalnız məşhur bir cütlüyün övladı kimi deyil, həm də öz kariyerası ilə məşhur olmağa başlayır.
Aynil
Sfera.az