Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, Göygöl rayonu, Quşqara kənd sakini, 1993-ci il təvəllüdlü Miri İsmayılov bu gün xəstəxanada vəfat edib.


 


Onun hansı səbəbdən öldüyü bilinmir.


 


Məlumata görə, o, beş ilə yaxındır Gəncə Psixiatriya Xəstəxanasında müalicə alırdı.


 


Faktla bağlı araşdırma başlanılıb./qafqazinfo