Şəmkirdə qətl hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə Kür qəsəbəsində qeydə alınıb.


 


İlkin məlumata görə, Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyev yaranan mübahisə zəminində kəsici-deşici alətlə qətlə yetirilib.


 


Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şübhəli bilinən 16 yaşlı F. P saxlanılaraq istintaqa verilib.