Çinin BMT-dəki daimi nümayəndəsi Fu Cong Yaxın Şərqdə vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib.


 


Sfera.az xəbər verir ki, çinli diplomat bölgədə tammiqyaslı çöküşün qarşısını almağın yeganə yolunun ABŞ və İsrailin bütün hərbi əməliyyatları dərhal dayandırması olduğunu bildirib. Onun sözlərinə görə, hazırkı gərginlik beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır və vəziyyət nəzarətdən çıxa bilər. Fu Konq vurğulayıb ki, bu istiqamətdə təcili addımlar atılmasa, region daha dərin böhranla üz-üzə qala bilər.


 


Diplomat qeyd edib ki, Çin beynəlxalq səviyyədə yeni diplomatik yanaşmanın formalaşdırılması üçün çağırış edir. Pekin aqressiv addımların təcrid olunmasını və beynəlxalq hüquq çərçivəsinə qayıdışı dəstəkləyir. Analitiklər hesab edir ki, bu bəyanat Çinin qlobal diplomatiyada daha aktiv rol oynamaq niyyətinin göstəricisidir və Yaxın Şərqdə balansın yenidən formalaşmasına təsir edə bilər.


 


Firuzə Əliyeva


Sfera.az