Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”nin yeni “Nu” stadionunda keçirilən ilk oyunda komandasının tarixində bu arenadakı ilk qolun müəllifi olub.
Sfera.az xəbər verir ki, MLS çərçivəsində “Austin” futbol klubu ilə keçirilən qarşılaşmada Messi 10-cu dəqiqədə fərqlənib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Stadionun tutumu 26 700 nəfərdir və klub daha əvvəl oyunlarını Fort Lauderdeyldəki “Çeys” stadionunda keçirirdi.
Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir və qısa müddətdə 94 oyunda 82 qol, 44 assistlə klubun ən məhsuldar oyunçusuna çevrilib. O, komanda ilə Liqa Kuboku (2023) və MLS çempionluğu (2025) da daxil olmaqla bir neçə titul qazanıb.
Daha əvvəl “Barselona” və “PSJ” klublarında çıxış edən futbolçu, həmçinin Argentina millisi ilə dünya çempionudur və “Qızıl Top”u rekord 8 dəfə qazanıb.
Niyaz Hacıyev
Sfera.az