Bu gün bir çox bürc üçün emosional aydınlaşma, maliyyə məsələlərində diqqət və münasibətlərdə dürüstlük ön plana çıxır. Bəzi bürclər üçün yeni imkanlar, digərləri üçün isə qərar vermək və daxili tarazlığı qorumaq günü olacaq.
Sfera.az günün qoroskopunu təqdim edir:
Qoç
Bu gün Qoç bürcü üçün xüsusilə maliyyə məsələlərində ehtiyatlı olmaq tövsiyə olunur. Tələsik qərarlar sonradan peşmanlıq yarada bilər. İş həyatında yarımçıq qalan məsələləri tamamlamaq üçün əlverişli gündür. Münasibətlərdə isə açıq və dürüst ünsiyyət gərginliyi azalda bilər. Gün həm də özünü daha aydın dərk etmək və istiqamətini müəyyənləşdirmək baxımından önəm daşıyır.
Buğa
Buğa bürcü bu gün emosional baxımdan daha dərin düşüncələr içində ola bilər. İçində saxladığın hisslər üzə çıxa, bəzi mövzularda isə qəti qərar vermək ehtiyacı yarana bilər. Maddi və şəxsi həyatda sabitliyi qorumaq üçün soyuqqanlı davranmaq vacibdir. Eyni zamanda, gün özünəinamı artıran və bolluq enerjisini gücləndirən təsirlərlə yadda qala bilər.
Əkizlər
Əkizlər bürcü üçün bu gün münasibətlərdə səmimiyyət ön plana çıxacaq. Ətrafındakı insanların kimisinin həqiqətən səninlə eyni yolda olduğunu daha aydın görə bilərsən. Yeni tanışlıqlar, sosial çevrə və işgüzar əlaqələr baxımından uğurlu təsirlər var. Bu gün həm də maddi qərarlar və münasibətlərdə seçim etmək ehtiyacı yarana bilər.
Xərçəng
Xərçəng bürcü üçün bu gün gündəlik rejimi nizama salmaq və özünü toparlamaq baxımından əlverişli görünür. İş və şəxsi həyat arasında balans qurmaq vacib olacaq. Münasibətlərdə isə hər kəsə dərhal güvənməmək, daha çox müşahidə etmək tövsiyə olunur. Ailə və maliyyə mövzularında düşünülmüş addımlar atmaq daha faydalı nəticə verə bilər.
Şir
Şir bürcü üçün bu gün yaradıcılıq və özünüifadə baxımından güclü enerjilər gətirir. Hədəflərə fokus artacaq, iş və maliyyə sahəsində yeni fürsətlər yarana bilər. Yaxınlarla münasibətlərdə isə səmimi və aydın danışıq üstünlük qazandıracaq. Bu gün Şir üçün uğur enerjisini toplamaq və məqsədlərə doğru ciddi addım atmaq üçün münasibdir.
Qız
Qız bürcü üçün bu gün daxili sabitlik və emosional rahatlıq ön plana çıxır. Ev, ailə və şəxsi təhlükəsizliklə bağlı məsələlərə daha çox diqqət yetirilə bilər. Özünə həddindən artıq nəzarət etmək əvəzinə bir qədər rahatlamaq faydalı olacaq. Gün həm də harmonik və daha sakit enerjilərlə yadda qala bilər.
Tərəzi
Tərəzi bürcü üçün bu gün sözlərin xüsusi gücü olacaq. Düzgün seçilmiş ifadələr həm münasibətlərdə, həm də iş həyatında üstünlük qazandıra bilər. Yazışmalar, görüşlər, qısa səfərlər və yeni ünsiyyətlər gündəmdə ola bilər. Həssas mövzularda diplomatik davranmaq vacibdir. Gün balansı qorumaqla yanaşı, vacib həqiqətləri görmək imkanı da yarada bilər.
Əqrəb
Əqrəb bürcü üçün bu gün maddi mövzular və şəxsi dəyər hissi ön plana çıxır. Sosial mühitdə diqqət çəkmək, özünü daha çox göstərmək ehtimalı yüksəkdir. Subay Əqrəblər üçün yeni bir tanışlıq və cazibə enerjisi vurğulanır. Bununla yanaşı, qərar verməzdən əvvəl sakit düşünmək və tələsməmək tövsiyə edilir. Gün güclü transformasiya enerjisi daşıyır.
Oxatan
Oxatan bürcü üçün bu gün enerji yüksəlişi müşahidə oluna bilər. Özünü daha aydın hiss etsən də, xüsusilə pul məsələlərində ehtiyatlı davranmaq lazımdır. Daxili hisslərlə rasional qərarlar arasında balans qurmaq vacib olacaq. Günün ikinci yarısında daha nikbin və motivasiyalı hiss etmək mümkündür.
Oğlaq
Oğlaq bürcü üçün bu gün bir qədər geri çəkilib düşünmək və planlarını səssiz şəkildə qurmaq daha doğru seçim ola bilər. Daxili yorğunluq və emosional yüklənmə hissi yarana bilər. Buna görə özünə vaxt ayırmaq vacibdir. Bununla belə, yaxın günlərdə özünəinamın artacağı və bunun nəticəsini görəcəyin bir mərhələyə keçid hiss oluna bilər.
Dolça
Dolça bürcü üçün bu gün dostluqlar, komanda işi və gələcək planlar ön plana çıxır. Hər şeyi birdən dəyişmək istəyi yarana bilər, amma bəzi mövzularda sabit qalmaq daha uğurlu nəticə verə bilər. Gələcəklə bağlı ideyalar güclənir, amma tələsmədən hərəkət etmək tövsiyə olunur. Sənə uyğun olmayan insanlar və ya mühitlə bağlı aydınlaşmalar yaşana bilər.
Balıqlar
Balıqlar bürcü üçün bu gün karyera, status və ictimai görünüş baxımından diqqətçəkən gündür. Gözlənilməz bir xəbər, yeni təklif və ya müqavilə mövzusu gündəmə gələ bilər. Öz fikrini düzgün və aydın ifadə etmək bu gün xüsusi əhəmiyyət daşıyır. Gün həm şanslı, həm də irəliləyiş gətirən təsirlərlə yadda qala bilər.
Fidan Hacızadə
Sfera.az