Qlobal gərginliyin artdığı bir dövrdə İran ətrafında yeni geosiyasi iddialar gündəmə gəlib.


 


Sfera.az xəbər verir ki, yayılan məlumatlara əsasən Rusiya, Çin və Şimali Koreya liderlərinin İrana dəstək ifadə etdiyi iddia olunur. Bu məlumatlar sosial media və müxtəlif platformalarda geniş yayılıb.


 


Analitiklər bildirirlər ki, əgər bu məlumatlar təsdiqlənərsə, bu, oxşar geosiyasi təzyiqlərlə üzləşən ölkələr arasında strateji əməkdaşlığın gücləndiyini göstərə bilər. Belə yaxınlaşmalar qlobal siyasi balansın yenidən formalaşmasına təsir edə bilər. Bununla belə, rəsmi mənbələrdən bu iddiaların tam təsdiqi hələlik verilməyib. Ekspertlər vəziyyətin diqqətlə izlənildiyini və məlumatların doğruluğunun araşdırıldığını qeyd edirlər.


 


Firuzə Əliyeva


Sfera.az