“Kuruluş Orhan” serialının yeni mövsümü ilə bağlı qeyri-müəyyənlik davam edərkən, ekran işinin izləyicilərini narahat edən yeni iddia gündəmə gəlib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, baş rolda Mert Yazıcıoğlunun yer aldığı serialda əsas obrazlardan birinin layihədən ayrılacağı bildirilir.
Çərşənbə axşamları yayımlanan və qısa zamanda diqqət mərkəzinə çevrilən “Kuruluş Orhan” ekranlarda uğurlu yayımını davam etdirir. Mert Yazıcıoğlunun “Orhan Bəy” obrazı ilə tamaşaçı qarşısına çıxdığı serialda bu dəfə gözlənilməz ayrılıq xəbəri müzakirələrə səbəb olub.
İddialara görə, serialın ilk bölümlərindən etibarən aktyor heyətində yer alan və süjet xəttində mühüm rola sahib olan əsas personajlardan biri layihəyə vida etməyə hazırlaşır.
Məlumata əsasən, “Kuruluş Osman” dövründən etibarən serialın heyətində yer alan və Boran Alp obrazını canlandıran aktyor Yiğit Uçan “Kuruluş Orhan” serialından ayrılacaq.
2019-cu ildən bu yana eyni obrazı canlandıran aktyorun serialla yollarını ayıracağı xəbəri sosial şəbəkələrdə və izləyicilər arasında geniş rezonans doğurub.
Qeyd edək ki, hələlik serialın istehsalçıları və ya aktyor tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Fidan Hacızadə
Sfera.az