Hind okeanında yerləşən Maldiv Respublikası İsraillə diplomatik və iqtisadi əlaqələrin dayandırılması ilə bağlı mühüm qərar qəbul edib.


 


Sfera.az xəbər verir ki, ölkə rəhbərliyi İsraillə bütün münasibətlərin kəsildiyini və İsrail məhsullarına qadağa tətbiq olunduğunu açıqlayıb. Qərar Qəzza ilə bağlı beynəlxalq müzakirələrin intensivləşdiyi bir dövrdə verilib. Məlumata görə, Maldiv Prezidenti Məhəmməd Muizzu parlamentdə yekdilliklə qəbul edilən qərardan sonra immiqrasiya və ticarət siyasətində dəyişiklikləri təsdiqləyib.


 


Rəsmilər bildiriblər ki, bu addım fələstinlilərə qarşı davam edən hərəkətlərə cavab olaraq atılıb. İsrail tərəfi isə səsləndirilən ittihamları rədd edib və öz vətəndaşlarına Maldivə səfər etməmək tövsiyəsi verib. Qərar beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Bir çoxları Maldivin addımını cəsarətli mövqe kimi qiymətləndirir. Dəstəkçilər hesab edir ki, kiçik ölkə olmasına baxmayaraq, Maldiv qlobal məsələdə prinsipial qərar verərək diqqət mərkəzinə düşüb. Bununla yanaşı, bəzi ekspertlər turizm və iqtisadi təsirlərlə bağlı narahatlıqların da yarandığını qeyd edirlər. Qərarın ölkənin turizm sektoruna necə təsir edəcəyi isə hələlik açıq qalır.


 


Firuzə Əliyeva


Sfera.az