“Kanal D”nin reytinq rekordları qıran serialı “Uzak Şehir” ölkə sərhədlərini aşaraq beynəlxalq arenada da məşhurluq qazanıb.
Sfera.az xəbər verir ki, serial xüsusilə Şimali Afrikadan turizm axınını artırıb.
Qeyd edək ki, Tunis, Mərakeş və Əlcəzairdən olan səyahət agentlikləri istiqamətlərini Mardinə və Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsinə yönəldiblər.
"GoTürkiye" və TGA-nın (Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi) təşkil etdiyi tur çərçivəsində 24 agentlik rəhbəri Qaziantep, Şanlıurfa, Mardin və Diyarbakırı ziyarət edib. Heyət Mardində “Uzak Şehir”in çəkiliş meydançasını gəzib, aktyorlarla görüşüb və foto çəkdirib.
Rejissor Emre Aybek xarici maraqdan məmnunluğunu bildirərək izləyicilərə təşəkkür edib. Prodüser Aslı Öner isə serialın dünyanın hər tərəfində yayılmasının türk dilinin öyrənilməsinə kömək etdiyini də bildirib.
Mənsumə
Sfera.az