Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses kiçik qızı Elif Eda Tatlısesin doğum gününü sosial şəbəkədə paylaşdığı ailə fotosu ilə qeyd edib.


 


Sfera.az xəbər verir ki, paylaşımda Elif Edanın doğum günü tortunun şamlarını üfürməyə hazırlaşdığı anlar əks olunub.


 


Səmimi mühitdə çəkilən fotoda ailə istiliyi və sənətçinin sevinc dolu anları diqqəti çəkib. 


 


İ.Tatlıses paylaşımına “Yaxşı ki, doğuldun, mənim qızıl balam…” sözlərini əlavə edərək qızına olan sevgisini ifadə edib.


 


Qısa zamanda çoxsaylı bəyənmə və təbrik mesajları alan paylaşım izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.


 


Mənsumə

Sfera.az