İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının rəhbəri, general-mayor Məcid Xadəmi ABŞ və İsrail qüvvələrinin təşkil etdiyi terror hücumu nəticəsində həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı İİKK-nın İctimaiyyətlə Əlaqələr Departamenti yayıb.
Rəsmi bəyanatda general Xadəminin "Amerika-sionist düşmənin" işğalçılıq müharibəsi çərçivəsində həyata keçirdiyi terror aktının qurbanı olduğu bildirilib.
Qeyd olunub ki, Məcid Xadəmi yarım əsrə yaxın müddətdə İranın kəşfiyyat və təhlükəsizlik sistemində mühüm rol oynayıb, ölkənin milli maraqlarının qorunmasında "ibrətamiz töhfələr" verib. SEPAH generalın xarici düşmənlərin və "şeytani planların" qarşısının alınmasındakı xidmətlərini xüsusi vurğulayıb.
Ekspertlər general Xadəminin öldürülməsinin bölgədəki hərbi qarşıdurmanı daha da alovlandıracağını proqnozlaşdırırlar.
Bəsti Rəfizadə
Sfera.az