Ukraynanın Odessa şəhərində savaş davam edərkən universitet tələbəsi tərəfindən çəkilən rəqs görüntüləri dünya gündəmini zəbt edib.


 


Sfera.az xəbər verir ki, savaşın ortasında çəkilən və qısa müddətdə milyonlarla izləyiciyə çatmış rəqs videosu həm Ukraynada, həm də beynəlxalq ictimaiyyətdə diqqət çəkib. Görüntülər, savaşın dağıdıcı təsirləri davam edərkən ümid və həyat mesajı kimi dəyərləndirilib.


 


Gündəmə gələn tələbə, duyğularını bölüşərək savaşın sona çatmasını istədiyini bildirib:


 


“Ukraynada savaşın bitməsini istəyirik. Barış olsun".


 


Savaşın kölgəsində ortaya çıxan bu görüntülər, həm sosial mediada geniş rezonans doğurub həm də gənci qısa zamanda beynəlxalq arenada tanınan bir fiqur halına gətirib.


 


Mənsumə


Sfera.az