ABŞ və İsrail qüvvələri İranın Cənubi Pars neft və qaz yatağında yerləşən neft-kimya zavoduna hücum edib.


 


Sfera.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.


 


***


 


İsrailin müdafiə naziri israil Katz da neft-kimya müəssisəsinin vurulduğunu təsdiqləyib:


 


"İsrail Müdafiə Qüvvələri İranın Əsəluya şəhərində yerləşən ən böyük neft-kimya müəssisəsinə güclü zərbə vurdu", -Katz bildirib.


 


Onun sözlərinə görə, hazırda İranın neft-kimya ixracatının təxminən 85%-ni təşkil edən hər iki müəssisə sıradan çıxıb və işləmir:


 


“Söhbət on milyardlarla dollar dəyərində qiymətləndirilən ən ağır iqtisadi zərbədən gedir". Axar.az