Türkiyəli aktyor Uğur Aslan və ssenarist həyat yoldaşı Sema Ergenekonun zəlzələdən zərər çəkmiş ailələrə göstərdiyi yardım məlum olub.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, məşhur cütlük zəlzələ bölgəsində yaşayan və maddi çətinliklərlə üzləşən ailələrə dəstək olmaq üçün onların yerli ərzaq mağazalarına olan borclarını ödəyib.
Bildirilir ki, bu addım bir çox ailənin yükünü xeyli yüngülləşdirib.
Mövzu ilə bağlı ünvanlanan sualları cavablandıran Uğur Aslan məsələnin böyüdülməməsini istəyib. Aktyor yardımın qabardılmasına qarşı çıxaraq “Bunu deməyin. Bu, böyük bir məsələ deyil”, - sözlərini işlədib.
Digər tərəfdən, cütlüyün bu yardımları ictimaiyyətə açıqlamamaq üçün xüsusi həssaslıq göstərdiyi qeyd olunub. Məlumata görə, Uğur Aslan və Sema Ergenekon edilən ianələrin gizli saxlanılmasını istəyiblər və bu məsələnin mediada yayılmasından o qədər də məmnun qalmayıblar.
Onların səssiz şəkildə atdığı bu humanitar addım sosial şəbəkələrdə də böyük təqdirlə qarşılanıb.
Fidan Hacızadə
Sfera.az