Bakıda sürücü sükan arxasında vəfat edib.


 


Sfera.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.


 


Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb.


 


Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.


 


Hazırda faktla bağlı araşdırma aparılır.