Bu gün Estoniyanın paytaxtdakı Lasnamae Gimnaziyasından bomba təhlükəsi səbəbindən təxminən 1200 nəfər təxliyə edilib. Bomba zərərsizləşdirmə mütəxəssisləri binanı yoxlasalar da, heç bir partlayıcı qurğu aşkar edilməyib.
Sfera.az xəbər verir ki, bu gün günorta saatlarında Lasnamae Gimnaziyasına bomba təhlükəsi barədə məlumat daxil olub. Şagirdlər, müəllimlər və məktəb rəhbərliyi, ümumilikdə təxminən 1200 nəfər binadan təxliyə edilib. Qeyd edək ki, daha əvvəl də oxşar hadisə (2 aprel) eyni gimnaziyada baş verib.
Mümkün təhlükəni yoxlamaq üçün Xilasetmə Xidmətinin bomba zərərsizləşdirmə mütəxəssisləri məktəb binasını yoxlayıblar. Təhlükəyə uyğun heç bir əşya və ya maddə tapılmayıb.
Birinci sinifdən üçüncü sinifə qədər şagirdlər məktəbin yaxınlığında xüsusi hazırlanmış avtobuslara yerləşdirilib və yoxlama başa çatana qədər isti yerdə gözləyə biliblər. Qalan təxliyə olunanların evlərinə getməsinə icazə verilib.
Aynil
Sfera.az