Finlandiya futbolunun əfsanəvi adlarından biri olan Yari Litmanen 55 yaşında meydanlara qayıdıb. Təcrübəli futbolçu sonuncu dəfə 2011/12 mövsümündə “HJK” Helsinki komandasında oynayıb.
Sfera.az bildirir ki, Litmanen Estoniya təmsilçisi “Kalev Tallinn III” ilə müqavilə imzalayaraq karyerasında yeni bir fəsil açıb.
Litmanenin karyerası böyük nailiyyətlərlə doludur.
1995-ci ildə AFC “Ajax”ın Çempionlar Liqası çempionluğunda əsas rollardan birini oynayıb.
Karyerası boyunca “Liverpul”, “Barselona” və “Fulham” kimi böyük klublarda oynamış təcrübəli yarımmüdafiəçi Finlandiya milli futbol komandasında 137 oyun keçirib.
Uğurlu futbolçu karyerası ərzində 10 dəfə "İlin Futbolçusu" seçilib və 1995/96 mövsümündə UEFA Çempionlar Liqasının ən çox qol vuran oyunçusu olmaqla diqqəti cəlb edib.
O, Estoniyada futbola qayıdıb.
55 yaşında Yari Litmanen meydana dönüb.
Sonuncu dəfə 2011/12 mövsümündə “HJK Helsinki”də oynayan təcrübəli oyunçu, karyerasında yeni bir başlanğıc edərək Estoniyanın “Kalev Tallinn III” komandası ilə müqavilə imzalayıb.
Aynil
Sfera.az