Son zamanlar istər dekorasiya, istər meditasiya, istərsə də romantika üçün trend olan və hər evdə rast gəlinən ətirli şamlar üzərində aparılan araşdırmalar olduqca təəccüblüdür.
Sfera.az bildirir ki, mütəxəssislərin fikrincə, bu zahirən zərərsiz məhsullar bəzi hallarda siqaret tüstüsünə bənzər və ya hətta daha güclü zərərli maddələr buraxa bilər. Risk, xüsusən də qapalı və havalandırılmayan mühitlərdə yandırıldıqda artır. Bu cür şamlar tənəffüs yolları xəstəliklərindən dəri problemlərinə qədər bir çox problemə səbəb ola bilər.
Evdə xoş bir qoxu yaratmaq və ətraf mühiti daha dinc və estetik etmək üçün tez-tez üstünlük verilən ətirli şamlar, düşünüldüyü qədər zərərsiz deyil.
ABŞ-dakı Cənubi Karolina Universitetində aparılan araşdırmalar, bu məhsulların qapalı hava keyfiyyətinə ciddi mənfi təsir göstərdiyini ortaya qoyub.
Tədqiqata görə, ətirli şamlar yandırıldıqda havaya buraxılan zərərli maddələr, siqaret tüstüsündə olan toksinlərə çox oxşardır.
Siqaret tüstüsünə bənzər toksinlər buraxır
Mütəxəssislər ətirli şamlar yandırıldıqda yaranan tüstüdə insan sağlamlığı üçün zərərli maddələrin, məsələn:
Hissəcik maddələr (PM2.5)
Benzol
Formaldehid
Uçucu üzvi birləşmələrin (VOC) olduğunu bildirirlər.
Bu maddələr uzun müddət nəfəs alındıqda tənəffüs sisteminə təsir göstərə və ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Bir saat şam yandırmaq bir siqaretə bərabər ola bilər:
Missuri ştatında ətraf mühit toksikologiyası sahəsində çalışan pediatr Endryu Sledd təəccüblü bir müqayisə aparır. Sleddə görə, təxminən bir saat ətirli bir şam yandırmaq tək bir siqaret çəkməklə oxşar zərərli təsirlərə səbəb ola bilər.
Əslində, bəzi tədqiqatlar göstərir ki, müəyyən ətirli şamlar və ya buxur siqaretdən daha çox hissəcik maddəsi buraxa bilər.
İçindəki his isə düşündüyünüzdən daha təhlükəlidir:
Şamlar yanarkən əmələ gələn his sadəcə adi tüstü deyil. Mütəxəssislərin fikrincə, bu his aşağıdakı kimi ağır metalları özündə birləşdirir:
Sink;
Qalay;
Qurğuşun.
Ən böyük risk bu hissəcikləri birbaşa nəfəsə almaqdır. Çünki şamlarda siqaret kimi zərərli maddələri süzmək üçün bir sistem yoxdur. Bu, zəhərli hissəciklərin birbaşa ətraf mühitə yayılmasına və ağciyərlərə çatmasına səbəb olur.
Risk qapalı məkanlarda artır
Tədqiqatçılardan biri olan Dr. Amid Həmid, xüsusilə kiçik və zəif havalandırılan ərazilərə diqqət çəkir.
Həmidə görə:
Qapalı məkanlarda yandırılan şamlar havanı sürətlə çirkləndirir;
Astma və ekzema riskini artırır;
Mütəmadi istifadə sağlamlıq problemlərinə səbəb olur.
Buna görə də, mütəxəssislər şam istifadəsindən sonra otağın havalandırılmasının vacibliyini vurğulayırlar.
Ətirli şamlardan tamamilə imtina etmək istəməyənlər üçün daha təhlükəsiz variantlar mövcuddur.
Mütəxəssislərin tövsiyələri:
Parafin əvəzinə arı mumu seçin;
Soya və ya kokos əsaslı şamlardan istifadə edin;
Şam yandırdıqdan sonra həmişə otağı havalandırın;
Kiçik, qapalı məkanlarda uzun müddət şam yandırmaqdan çəkinin.
Bu alternativlər daha az his və toksin istehsal etməklə riski azalda bilər.
Aynil
Sfera.az