Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.


 


Sfera.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.


 


Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib.


 


Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub.


 


Faktla bağlı araşdırma aparılır.