Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu televiziya verilişlərinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.


 


Sfera.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşdığı videoda danışıb:


 


"İndi verilişlər necə də gözəl olub. Gözəl musiqi, mahnılar, bir-birinə sataşmırlar, dava etmirlər. Pis əməllərini ortaya qoymurlar. Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı. Bir-iki verilişdən başqa qalanları səviyyəsiz idi".




Qeyd edək ki, bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı, Zaur Kamal Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin (Tolik) verilişinin yayımı dayandırılıb.