İtaliya A seriyasının 31-ci turunda “nəhənglər”in qarşılaşmasında qalib tərəf “Napoli” olub.
Sfera.az xəbər verir ki, “Diego Armando Maradona” stadionunda oynanan gərgin oyunda “Napoli” “Milan”ı 1-0 hesabı ilə məğlub edərək vacib üç xalı qazanıb. Çempionlar Liqası yarışına və liqanın yuxarı sıralarına birbaşa təsir edən qarşılaşmada “Napoli” “Milan” ilə üz-üzə gəlib.
Oyun boyu oyunun gedişatına nəzarət etməyə çalışan ev sahibi komanda, 79-cu dəqiqədə Matteo Politano ilə axtardığı qolu tapıb. Sahəni 1-0 hesabı ilə tərk edən “Napoli” ardıcıl 5-ci qələbəsini qazanaraq xallarını 65-ə yüksəlib. “Milan” isə 63 xalda qalıb.
Niyaz Hacıyev
Sfera.az