Xəzər dənizində növbəti dəfə zəlzələ olub.


 


Bu barədə Sfera.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.


 


Bildirilib ki, yerli vaxtla saat 07:35-də qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi 72 km olub.


 


Qeyd edək ki, aprelin 7-si saat 05:55-də də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.