Türkiyəli tanınmış müğənni Mustafa Ceceli barədə diqqətçəkən iddialar gündəmə gəlib.
Sfera.az-ın məlumatına görə, bəzi media orqanlarında yayılan xəbərlərdə sənətçinin məşhurları əhatə edən narkotik araşdırması çərçivəsində saxlanıldığı irəli sürülüb. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələ ki, ətraflı açıqlama verilməyib.
Qeyd edək ki, Mustafa Ceceli 2 noyabr 1980-ci ildə Ankarada anadan olub. Musiqi fəaliyyətinə aranjimançı kimi başlayan sənətçi, 2007-ci ildə təqdim etdiyi “Unutamam” mahnısı ilə geniş tanınıb.
O, “Limon Çiçəkləri”, “Es” və “Sultanım” kimi hitləri ilə Türk pop musiqisinin sevilən simalarından birinə çevrilib. Bundan əlavə, Ceceli konsert proqramları və televiziya layihələri ilə də diqqət mərkəzində olub. Məsələ ilə bağlı yeni detallar ortaya çıxdıqca ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.
Mənsumə
Sfera.az