Türkiyənin pop musiqisində sevilən simalarından biri olan Simge Sağın bu dəfə musiqi uğurları ilə deyil, onunla bağlı ortaya atılan ciddi iddialarla gündəmə gəlib. 




Sfera.az türk mediasına istinadən xəbər verir ki, məşhur müğənninin narkotik araşdırması çərçivəsində saxlanıldığı bildirilib. 


 


Məlumata görə, Simge Sağın qısa müddət əvvəl DJ sevgilisi İlker Şencan ilə birlikdə qatıldığı mükafatlandırma mərasimində “Ən Yaxşı Pop Qadın Sənətçisi” mükafatına layiq görülüb. Lakin həmin mərasimdən cəmi bir neçə gün sonra onun saxlanılması ilə bağlı iddialar ictimaiyyətin diqqətini cəlb edib.


 


Hazırda məsələ ilə bağlı nə rəsmi qurumlar, nə də Simge Sağın tərəfindən hər hansı açıqlama verilməyib. İddiaların nə dərəcədə doğru olduğu və araşdırmanın detalları ilə bağlı yaxın saatlarda və ya günlərdə rəsmi mövqenin açıqlanacağı gözlənilir.


 


Fidan Hacızadə

Sfera.az