İranın yeni Ali Dini lideri Müctəba Xameneyi ağır yaralanıb.  




Sfera.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.


 

Qəzetin iddiasına görə, bu haqda məlumat ABŞ və İsrail kəşfiyyatının Körfəz ölkələri ilə paylaşdığı xəbərdə deyilir. 




"Müctəba Xameneyinin səhhəti ağırdır. O, hazırda Qum şəhərində müalicə olunur və rejimin hər hansı bir qərar qəbul etmə prosesində iştirak edə bilmir", - deyə məlumatda qeyd olunub.




Xəbərdə həmçinin vurğulanıb ki, kəşfiyyat orqanları Müctəba Xameneyinin yerini bir müddətdir bilsələr də, bu detallar indiyədək ictimaiyyətə açıqlanmırdı. Onun, atasının öldürüldüyü hücum zamanı ağır xəsarət aldığı bildirilib.




Bəsti Rəfizadə

Sfera.az