İran Prezidenti Məsud Pezeşkiyan ABŞ və İsrailə qarşı ölkəsinin müdafiəsi üçün 14 milyon iranlının könüllü olaraq qeydiyyatdan keçdiyini açıqlayıb. 




Sfera.az xəbər verir ki, Pezeşkiyan "X" sosial şəbəkə hesabında paylaşım edərək, özünün də bu yolda canından keçməyə hazır olduğunu bəyan edib.




O, müharibəyə qatılmaq istəyən könüllüləri bir araya gətirən "Canfeda" kampaniyasına indiyədək 14 milyondan çox insanın müraciət etdiyini bildirib.

Pezeşkiyanın müraciətində deyilir:




"Bu günə qədər 14 milyondan çox cəsur iranlı İranı müdafiə etmək üçün canlarını fəda etməyə hazır olduqlarını bəyan ediblər. Mən də İran üçün canımı fəda etmişəm, edirəm və etməyə davam edəcəyəm”.




Bəsti Rəfizadə

Sfera.az