Müğənni Hadisə ilə Türkiyə Mətbuat Federasiyasının prezidenti Sinan Burhan arasındakı səhnə geyimləri mübahisəsi qızışır.




Sfera.az xəbər verir ki, Hadisə Burhanın tənqidlərinə qarşı məhkəmə prosesi başlatdıqdan sonra jurnalist canlı yayım zamanı belə açıqlama verib:




“Əgər səhnəyə mayo geyinmək müasirlikdirsə, deməli, mən mürtəceyəm”.




Burhan əvvəllər Hadisənin səhnə tərzini tənqid edərək geyimlərinin sənət anlayışı ilə uyğun olmadığını və ictimai dəyərlərə zərər verdiyini bildirib.


 


Hadisə isə reaksiyasında vurğulayıb ki, tənqidlər şəxsi deyil qadınlar vasitəsilə verilən mesajla bağlıdır:




“Əllərinizi və dillərinizi qadınların bədənindən uzaq tutun”.




Mövzu sosial mediada da geniş müzakirələrə səbəb olub. İzləyicilər həm Hadisənin sərbəst səhnə tərzini müdafiə edir, həm də Burhanın tənqidlərinə dəstək verirlər.


 


Mənsumə

Sfera.az