Məşhur türk müğənnisi İbrahim Tatlısesin İstanbuldakı evində halı qəfil pisləşib. Müğənni xəstəxanaya yerləşdirilib.




Sfera.az xəbər verir ki, məlumatlara görə, xaricdəki konsertlərdən sonra İstanbula evinə qayıdan sənətçi özünü pis hiss edib.


 


Hadisə ilə bağlı ünvana çağırılan tibbi briqadalar Tatlısesi təcili yardımla xəstəxanaya aparıblar. Sənətçinin yaxın qohumları və ailə üzvləri dərhal xəstəxanaya gəlib.




Həkimlərin verdiyi ilkin məlumatda Tatlısesin ciddi bir virusa yoluxduğu iddia edilsə də hələ ki, rəsmi təsdiq yoxdur. Sənətçinin sağlamlıq vəziyyəti nəzarət altına alınıb və müalicə prosesi həkimlər tərəfindən yaxından izlənilir. Bildirilib ki, müğənni bir müddət müşahidə altında saxlanıla bilər.




Qeyd edək ki, İbrahim Tatlıses 2011-ci ildə silahlı hücum nəticəsində ağır xəsarətlər alıb, uzun müalicə və fizioterapiya kursu keçərək səhhətini bərpa edib. Sənətçi o vaxtdan bəri müntəzəm sağlamlıq müayinələrindən keçməsi ilə tanınır və pərəstişkarları ilə görüşmələrinə davam edir.


 


Mənsumə

Sfera.az