Müdafiəçi Harri Maquayr İngiltərənin “Mançester Yunayted” futbol klubu ilə müqaviləsini uzadıb.
Sfera.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu ilə yeni müqavilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub və daha bir mövsüm uzadılması mümkündür.
Qeyd edək ki, 33 yaşlı Maquayr 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir. O, klubla birlikdə 2022/23 mövsümündə Liqa Kubokunu, 2023/24 mövsümündə isə FA Kubokunu qazanıb.
Müdafiəçi “Mançester Yunayted”in heyətində 266 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. O, həmçinin İngiltərədə “Lester Siti”, “Şeffild Yunayted”, “Hall Siti” və “Uiqan Atletik” klublarında da çıxış edib.
Niyaz Hacıyev
Sfera.az