Azərbaycanda tələbə faciəvi şəkildə vəfat edib.


 


Sfera.az xəbər verir ki, Dövlət Pedaqoji Universitetində təhsil alan Esmira Elxan qızı İsyeva dünyasını dəyişib.


 


Məlumata görə, 2007-ci il təvəllüdlü E.İsyeva aprelin 6-da Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb.


 


O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin Fizika müəllimliyi ixtisasının birinci kursunda oxuyurdu.


 


Faktla bağlı araşdırma aparılır./yenisabah