Panama Kanalında böyük yanğın baş verib.


 


Sfera.az bildirir ki, yanğında bir nəfər ölüb, iki yanğınsöndürən ikinci dərəcəli yanıq xəsarəti alıb. Əsas yanğın yanacaq şirkətlərinin və saxlama çənlərinin yerləşdiyi La Boka ərazisində baş verib. Yanacaq partlayışnda baş verən yanğın Panamanı ölkənin daxili hissəsi ilə birləşdirən Amerika Körpüsündə nəqliyyatın hərəkətini iflic edib.

Qeyd edək ki, Amerika Körpüsü Panama Kanalını əhatə edən iki tikilidən biridir.


 


Partlayış baş verən zaman bəzi işçilərin tanker yük maşınına yanacaq doldurduğu bildirilir.  Tankerlərin tutumunun 5000 - 10000 gallon arasında olduğu təxmin edilir.


 


12 oktyabr 1962-ci ildə açılan Amerika Körpüsünün uzunluğu 1654 metr, suyun səviyyəsindən isə 61 metr yüksəkdir. O dövrdə körpü dünyanın ən uzun asma körpülərindən biri idi. Kanalı keçən körpünün əsas aşırımı 344 metr uzunluğundadır və bu, onu dünyanın ən böyük asma körpülərindən birinə çevirir. Quruluşun hər istiqamətdə iki zolağı var və istismara verildiyi ilk bir neçə ildə tutumu gündə 9500-dən çox nəqliyyat vasitəsi olub.


 


Aynil


Sfera.az