İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Qeyd edək ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib./bakupost