Sosial Ədalət Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Mətləb Mütəllimli vəfat edib.
Sfera.az bildirir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Siyasətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq.
Yas mərasimi aprelin 9-da Heydər məscidində keçiriləcək.