Bu dəfə məşhur futbolçu Neymar “Santos”-“Remo” matçından sonra verdiyi açıqlamalarla manşetlərə çıxıb. Hakimə qarşı bildirdiyi şərhlərə görə intizam prosesinin başlanacağı bildirilir. 


 


Sfera.az bildirir ki, ulduz futbolçun ciddi sanksiyalarla üzləşə bilər. O, qadın hakim haqqında etdiyi şərhlərə görə Braziliyada tənqid mərkəzinə çevrilib. Neymarın matçdan sonra verdiyi açıqlamalar qadın nifrətinə və seksistliyə dair iddialara səbəb olub.


 


Neymarın oyundan sonra hakim Savio Pereira Sampaio haqqında verdiyi "Düşünürəm ki, hakim menustrasiya olmmuşdu və buna görə oyunu belə idarə etdi" ifadəsi ciddi mübahisələrə səbəb olub.


 


Bu ifadə ayrı-seçkilik hesab olunur və Braziliya İdman Ədaləti Qaydalarına əsasən "ayrı-seçkilik və ya alçaldıcı davranış" maddəsi ilə araşdırıla bilər.


 


Neymar 5-10 oyunluq cəza ala bilər.


 


Digər tərəfdən, qayda pozuntusu fərqli bir intizam maddəsi ilə qiymətləndirilərsə, cəza 1-6 oyun arasında dəyişə bilər.


 


Aynil


Sfera.az