Bakıda faciəli hadisə baş verib. 


 


Sfera.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsi 164 ünvanında qeydə alınıb. 


 


25 yaşlı Arif Orucov həmin ünvanda yerləşən binanın 19-cu mərtəbəsindən yıxılıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 


 


Məlumata görə, ölən gənc həmin ünvana - nənəsinin yanına qonaq gəlibmiş. 


 


Araşdırma aparılır./lent.az