Almaniyanın "Bayern Münhen" komandası UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda İspaniyanın "Real Madrid" klubunu 2:1 hesabı ilə məğlub edib.


 


Sfera.az xəbər verir ki, qarşılaşma Madriddə yerləşən Santyaqo Bernabeu Stadionuda baş tutub. Qalib komandanın heyətində qolları Luis Dias (41-ci dəqiqə) və Harri Keyn (46-cı dəqiqə) vurub, "Real Madrid"in yeganə qolunun müəllifi isə Kilian Mbappe olub (74-cü dəqiqə). "Bayern Münhen" 2012-ci ildən sonra ilk dəfə "Real Madrid" üzərində əsas vaxtda qələbə qazanıb. Həmin il Münhen təmsilçisi yarımfinalın ilk oyununda rəqibini 2:1 hesabı ilə məğlub etsə də, cavab matçında 1:2 hesabı ilə uduzmuş, penaltilər seriyasında 3:1 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlmişdi.


 


Ümumilikdə, alman klubu son doqquz oyunda "Real Madrid"i əsas vaxtda məğlub edə bilməmişdi (səkkiz məğlubiyyət, bir heç-heçə). Paralel keçirilən digər qarşılaşmada İngiltərənin "Arsenal" klubu səfərdə Portuqaliyanın "Sportinq" komandasını 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Kay Haverts ikinci hissənin əlavə vaxtında vurub. Hər iki qarşılaşmanın cavab oyunları aprelin 15-də Münhen və Londonda keçiriləcək.


 


Qeyd edək ki, UEFA Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniridir və turnirin tarixində ən çox çempionluq qazanan komanda 15 kubokla "Real Madrid"dir.


 


Niyaz Hacıyev


Sfera.az