Bu gün bəzi bürclər üçün mühüm qərarlar, bəziləri üçün isə emosional dönüş nöqtələri vəd edir. Göy üzündəki enerjilər bu gün xüsusilə münasibətlər, maliyyə, daxili rahatlıq və yeni başlanğıclar sahəsində diqqətçəkən təsirlər yaradır.
Sfera.az bu günün qoroskopunu təqdim edir:
Qoç
Bu gün Qoç bürcü üçün əsas mesaj ilk addımı atmaqdır. Uzun müddətdir bir mövzuda tərəddüd edirsinizsə, artıq gözləmək əvəzinə hərəkətə keçməyin vaxtıdır. İstər şəxsi həyatınızda, istərsə də iş sahəsində enerji yüksəlir. Gözlənilən mükəmməl anı axtarmaq əvəzinə, bu günü başlanğıc nöqtəsinə çevirin. Gün sizə cəsarət verir.
Buğa
Buğalar üçün gün daxili dəyişiklik və yenilənmə enerjisi gətirir. Son vaxtlar sizi yoran və geridə saxlayan düşüncələrdən uzaqlaşmaq üçün əlverişli gündür. Köhnə vərdişlərdən imtina etmək və yeni mərhələyə keçmək sizi gücləndirə bilər. Dəyişikliklər əvvəlcə narahatlıq yaratsa da, əslində sizi daha sağlam ruh halına aparacaq.
Əkizlər
Əkizlər üçün gün sosial, hərəkətli və bir qədər də xərcli keçə bilər. Ailə ilə planlar, dostlarla görüş və ya qısa bir gəzinti gündəminizdə ola bilər. Əhvalınız yüksək olsa da, impulsiv alış-veriş və ya plansız xərclərə diqqət etməlisiniz.
Xərçəng
Xərçənglər üçün bu gün münasibətlərdə səmimiyyət və güvən ön plana çıxır. Kimin sizə həqiqətən dəyər verdiyini daha aydın görə bilərsiniz. Emosional təhlükəsizlik hissi sizin üçün vacib olacaq. Əgər son vaxtlar qarışıq hisslər yaşayırdınızsa, bu gün bir çox məsələlərə daha aydın baxmağa başlayacaqsınız.
Şir
Şir bürcü üçün bu gün uğur anlayışını yenidən dəyərləndirmək vaxtıdır. Artıq sizi yalnız görünən nəticələr deyil, həqiqətən nəyin xoşbəxt etdiyini düşünməyə başlayırsınız. Karyera, nüfuz və şəxsi hədəflərlə bağlı baxış bucağınız dəyişə bilər. Bu dəyişiklik sizi daha doğru istiqamətə yönəldə bilər.
Qız
Qız bürcü üçün bu gün hər şeyi nəzarətdə saxlamaq ehtiyacı bir qədər yorucu ola bilər. Ulduzlar sizə bir az rahatlamağı və anı yaşamağı tövsiyə edir. Hər detalı analiz etmək əvəzinə, bu gün daxili sakitliyə və hisslərinizə fokuslanın. Yaradıcılıq və sakit düşüncə sizə daha çox fayda verə bilər.
Tərəzi
Tərəzilər üçün azadlıq hissini gücləndirən bir gündür. Son vaxtlar sizi narahat edən qərarsızlıqlar arxada qala bilər. Yeni bir imkan, yeni bir tanışlıq və ya yeni istiqamət sizə özünüzü daha sərbəst hiss etdirəcək. Komfort zonadan çıxmaq bu gün düşündüyünüzdən daha uğurlu nəticə verə bilər.
Əqrəb
Əqrəblər üçün bu gün münasibətlərdə dərin emosional aydınlaşma mümkündür. Sizə enerji verən və sizi yoran insanlar arasındakı fərqi daha aydın görəcəksiniz. Bu gün öz emosional sərhədlərinizi qorumaq və özünüzə hörmət etmək vacibdir. Dürüstlük sizi doğru insanlara yaxınlaşdıra bilər.
Oxatan
Bu gün kiçik görünən bir hadisə böyük düşüncə dəyişikliyi yarada bilər. Təsadüfi bir söhbət, eşitdiyiniz bir fikir və ya rastlaşdığınız bir vəziyyət sizdə yeni fərqındalıq formalaşdıra bilər. Günün içində qarşınıza çıxan detallara diqqət edin. Bəzən həyatın ən böyük siqnalları ən sadə anlarda gizlənir.
Oğlaq
Oğlaqlar üçün bu gün zehni yüklərdən qurtulmaq və emosional aydınlıq əldə etmək baxımından önəmlidir. Uzun müddətdir cavab tapa bilmədiyiniz bir sual bu gün daha aydın görünə bilər. Keçmişdən qalan bir mövzu yenidən gündəmə gəlsə də, bu dəfə ona daha yetkin və sakit yanaşa biləcəksiniz.
Dolça
Gün əməkdaşlıq və qarşılıqlı dəstək mövzusu ön plana çıxır. Hər şeyi tək həll etməyə çalışmaq əvəzinə, doğru insanlarla birlikdə hərəkət etmək sizə daha çox rahatlıq gətirə bilər. Həm sevgi, həm dostluq, həm də iş münasibətlərində güvənli bağlar qurmaq üçün əlverişli gündür.
Balıqlar
Balıqlar üçün bu gün sosial çevrədə aktivlik və yeni imkanlar var. Yeni insanlarla tanışlıq, ortaq maraqlar ətrafında yaxınlaşmalar və ya bir ideyanın mərkəzinə çevrilmək mümkündür. Özünüzü geri çəkməyin. Bu gün sizə görünmək, danışmaq və ön plana çıxmaq uğur gətirə bilər.
Fidan Hacızadə
Sfera.az