Qırx gün davam edən ABŞ-İran qarşıdurmasında iki həftəlik atəşkəs razılaşmasından sonra Tehranda böyük aksiyalar keçirilib.
Sfera.az xəbər verir ki, razılaşma İranın Hörmüz boğazını tam açması şərti ilə əldə edilib.
Atəşkəs razılaşması Pakistan Baş naziri Şahbaz Şərif və Pakistan Ordusunun Qərargah rəisi Asim Munirin vasitəçiliyi ilə irəli sürülüb və tərəflər prosesin müsbət yöndə getdiyini bildiriblər.
Razılaşma İran daxilində kütləvi etirazlara səbəb olub. Paytaxt Tehranda minlərlə insan küçələrə çıxaraq yürüşlər keçirib, etirazlarda ABŞ və İsrail bayraqları yandırılıb və Amerika əleyhinə şüarlar səsləndirilib.
Nümayişçilər hücumlarda həlak olan İran lideri Ayətullah Əli Xameneinin və onun varisi olduğu iddia edilən oğlu Müctəba Xameneinin şəkillərini daşıyıblar. Etirazlar böyük qruplar şəklində keçirilib, iştirakçılar tez-tez rejimə sadiqliklərini nümayiş etdirən və xarici ölkələr əleyhinə şüarlar səsləndiriblər.
Bu hadisələr İran daxilində atəşkəs razılaşmasına baxışların necə fərqli olduğunu göstərir və bəzi qruplar bunu “qələbə” hesab edərkən, başqaları bunundan narazılıq edib və küçələrə çıxıb.
Mənsumə
Sfera.az