“İmperator” ləqəbi ilə tanınan məşhur sənətçi İbrahim Tatlıses səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirildikdən sonra övladları ilə görüşüb.


 


Sfera.az xəbər verir ki, uzun müddətdir övladları ilə aralarında gərginlik olan sənətçinin evində halı pisləşib və o, dərhal xəstəxanaya aparılıb. Xəstəxanaya ilk gələnlərdən biri də qızı Dilan Çıtak olub. O, media nümayəndələrinə qısa açıqlamasında “Çıxanda danışarıq” deməklə kifayətlənib. Atası ilə problemləri olduğu bildirilən oğlu Əhməd Tatlıses isə elektron qolbaq daşıdığı üçün bir müddət xəstəxanaya daxil ola bilməyib və çöldə gözləyib.


 


Daha sonra media qarşısına çıxan Əhməd Tatlıses atasının vəziyyəti ilə bağlı bunları deyib: “Hazırda vəziyyəti stabildir, reanimasiyadadır. İnşallah, sağalacaq. Bizi görəndə təzyiqi yüksəldi. Axı o, bizim atamızdır, çox emosional anlar yaşadıq. Problemlər olsa da yenə də onun yanındayıq. Heç birimiz kin istəmirik”.


 


Əhməd Tatlıses görüş zamanı yaşadıqları hissləri belə ifadə edib:


 


“İçəri girəndə isterik ağladıq. Böyük bir həsrət bitdi amma bu, çox çətin an idi. Hamımız üzgünük və onun sağalmasını gözləyirik”.


 


Dilan Çıtak da atasının yanında olduqlarını vurğulayaraq bildirib: “Onun sağlamlığı bizim üçün hər şeydən önəmlidir. Bu, nə dava, nə də zarafatdır. Həmişə yanındayıq. İnşallah, sağalacaq”.


 


Mənsumə


Sfera.az