Cənubi Koreya ordusu Şimali Koreyanın Yapon dənizi istiqamətinə çox sayda qısamənzilli balistik raket atdığını bəyan edib. Seul rəhbərliyi Pxenyanın provokasiyalarına "sərt və sarsıdıcı" cavab veriləcəyini vurğulayıb.




Sfera.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından (JCS) verilən məlumata görə, Vonsan bölgəsindən göndərilən raketlər təxminən 240 kilometr məsafə qət edib.


 


JCS-in rəsmi açıqlamasında qeyd olunub:




"Ordumuz Cənubi Koreya-ABŞ birgə müdafiə platforması çərçivəsində Şimalın hərəkətlərini anbaan izləyir. Hər hansı bir təxribata qarşı əzici cavab vermək qətiyyətimiz tamdır".




Bəsti Rəfizadə

Sfera.az