Türkiyənin Çorum vilayətində 4 bal gücündə zəlzələ olub.




Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

 


Qurumun internet saytında yer alan məlumata görə, yerli vaxta 10:20-də baş vermiş zəlzələnin episentri Çorumun Bayat rayonu olub, yeraltı ocağı isə 11,01 km dərinlikdə qeydə alınıb.

 


Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.