Avropa futbolunun klub səviyyəsindəki üçüncü ən nüfuzlu turnirində dörddəbir final mərhələsinin ilk oyunları davam edir.
Sfera.az xəbər verir ki, sabah 4 qarşılaşma keçiriləcək. Dörddəbir finalın cavab oyunları isə 16 aprel cümə axşamı günü baş tutacaq və yarıfinalçılar müəyyənləşəcək.
Dörddəbir finalın ilk oyunlarının (Azərbaycan vaxtı ilə) proqramı belədir:
Sabah: 19:45 – Rayo Vallecano (İspaniya) – AEK (Yunanıstan) 22:00 – Şaxtyor Donetsk (Ukrayna) – AZ Alkmaar (Hollandiya) 22:00 – Kristal Pelas (İngiltərə) – Fiorentina (İtaliya) 22:00 – Maynts (Almaniya) – Strasburq (Fransa)
Niyaz Hacıyev
Sfera.az