Xalq artisti Emin Ağalarov övladları ilə bağlı duyğulu sözlər paylaşıb.
Sfera.az xəbər verir ki, müğənni əkiz oğulları Mikayıl və Əli, qızları Əminə və Afina ilə birlikdə çəkilmiş yeni görüntülərini sosial şəbəkədə yayımlayıb.
Paylaşımında uşaqlarının sürətlə böyüdüyünü vurğulayan Ağalarov yazıb:
“Uşaqlar çox tez böyüyürlər. Hər bir anı yadda saxlamaq istəyirəm”
Ağalarovun izləyicilərinə həsr etdiyi bu səmimi mesaj qısa zamanda çoxsaylı bəyənmə və şərhlər toplayıb.
Mənsumə
Sfera.az