İranın diplomatik mövqeyi ABŞ ilə əvvəlki danışıqlarla müqayisədə və münaqişənin başlanmasından sonra daha da güclənib.
Sfera.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.
Nəşr qeyd edir ki, Tehran artıq Hörmüz boğazını bağlamaq potensialı ilə Vaşinqtona ciddi zərər verə biləcəyini anlayır. Qəzetin təhlilinə əsasən, əvvəlki danışıqlar zamanı İranın əlində bu səviyyədə təsir rıçaqları yox idi. Məhz buna görə də yeni danışıqlarda Tehranın “oynamaq üçün yeni kartları” formalaşıb.
Məqalədə vurğulanır ki, bu mənzərədə Vaşinqton faktiki olaraq münaqişədən əvvəlki vəziyyətə qayıdıb və ABŞ-nin bölgədəki təzyiq imkanları əvvəlki qədər effektiv görünmür.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla bağlı iki həftəlik qarşılıqlı atəşkəs elan etmişdi. Bildirilir ki, bu qərar Pakistanın Baş naziri Şahbaz Şərifin təklifinə cavab olaraq qəbul edilib. Atəşkəsin əsas şərti isə İran İslam Respublikasının Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olması kimi göstərilib.
Fidan Hacızadə
Sfera.az