Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.


 


Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.


 


Zəlzələ yerli vaxtla 13:05-də, 35 kilometr dərinlikdə baş verib.


 


Yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.


 


xxx


 


Bəzi cənub rayonlarında zəlzələ hiss olunub.


 


Sfera.az xəbər verir ki, yeraltı təkanlar saat 13:07 radələrində, təxminən 4 bala yaxın hiss edilib.


 


Yeraltı təkanlar Astara, Lənkəran və digər cənub rayonlarında hiss olunub.