Prezident İlham Əliyev "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


 


Sfera.az xəbər verir ki, sərəncama əsasən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:


 


Müşahidə Şurasının sədri


Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi


Müşahidə Şurasının üzvləri:


Azərbaycan Respublikası maliyyə nazirinin müavini


Azərbaycan Respublikası səhiyyə nazirinin müavini


Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini


Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.