“NOW TV”də yayımlanan və qısa zamanda geniş tamaşaçı auditoriyasının diqqətini çəkən “Yeraltı” serialında aktyor heyəti genişlənib. 




Sfera.az türk mediasına istinadən xəbər verir ki, güclü aktyor heyəti və maraqlı süjet xətti ilə gündəmdə qalmağı bacaran serialda son günlər diqqətçəkən dəyişiklik baş verib.


 


Pınar obrazını canlandıran Ekin Aksoyun layihədən ayrılmasından sonra, hekayəyə yeni bir personaj daxil edilir.




Məlumata görə, serialın heyətinə tanınmış aktyor Murat Göçmez qoşulub. Bildirilib ki, o serialda Cengiz adlı obrazı canlandıracaq və serialın 11-ci bölümündə tamaşaçı qarşısına çıxacaq. Aktyorun canlandıracağı Cengiz obrazı isə serialın gedişatında yeni bir qisas hekayəsinin mərkəzində yer alacaq.




Fidan Hacızadə

Sfera.az