Pakistanda ABŞ ilə İran arasında aparılacaq danışıqlarda Amerika nümayəndələrinə Vitse-prezident Cey di Vens rəhbərlik edəcək. İddialara görə, bu, təsadüfi deyil. Sülh əldə ediləcəyi təqdirdə Pakistanda ABŞ ilə İran arasında aparılacaq danışıqlarda Amerika nümayəndə heyətinə Vitse-prezident Cey Di Vens rəhbərlik edəcək. İddialara görə, bu, təsadüfi deyil. Sülh əldə ediləcəyi təqdirdə, bununla Vensin növbəti prezident seçkilərində namizəd kimi nüfuzunun artacağı güman edilir.
Bu ehtimallar nə dərəcədə doğrudur? Danışıqların müsbət nəticələnməsi Vensin piarı ola bilərmi?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Əli Mustafa Amerika nümayəndə heyətinə Vensin rəhbərlik etməsinin təsadüfi olmadığını deyib.
Politoloqun fikrincə, burada həm Vensin özünün müəyyən planları var, həm də Trampın bu məsələyə dair xüsusi düşüncələri mövcuddur:
“Amma məncə, Vensin iştirakını daha çox şərtləndirən səbəb qarşı tərəfin istəyidir. Artıq xeyli vaxtdır ki, İran tərəfi ABŞ ilə danışıqlara müəyyən tərəddüdlərlə yanaşırdı. Rəsmi Tehran bu prosesə razılaşmaq istəsə də, ABŞ-dən indiyədək bu məsələlərdə ön planda olan bəzi nümayəndələrin, o cümədən Uitkoff və digərlərinin iştirakını istəmirdi. Görünən odur ki, onlar məhz Venslə danışıqlar aparmağa üstünlük veriblər. Yəqin ki, Amerika tərəfi də bunu nəzərə alaraq Vensin orada iştirakını təmin edib”.
Ə.Mustafa bildirib ki, hər halda, Vens Tramp administrasiyasındakı və ümumilikdə komandadakı digər şəxslərdən fərqli olaraq, bu məsələlərdə fərqli mövqeyi ilə diqqət çəkir:
“Ümumiyyətlə, o, daha çox Amerika dəst-xəttinə sadiq siyasətçi kimi görünür. Yəni o hesab edir ki, ABŞ yalnız milli maraqları tələb edərsə, müharibələrə və ya digər dövlətlərlə münaqişələrə qoşulmalıdır. Əgər bu, Amerikanın maraqlarına uyğun deyilsə, belə münaqişələrdə iştirak etməyi məqbul saymır. Vens məhz bu baxışları ilə tanınır. Ona görə də düşünürəm ki, burada həm İran tərəfinin istəyi nəzərə alınır, həm də görünür, Tramp artıq komandadakı fərqli baxışların önə çıxmasının vacibliyini qəbul edir. Bu baxımdan, Vensin danışıqlarda iştirakı prosesin fərqli istiqamətdə inkişaf etməsinə səbəb ola bilər. İran-Amerika qarşıdurması da bu və ya digər formada öz həllinə yaxınlaşa bilər”.
Fidan Hacızadə
Sfera.az